Delimitasiya ilə bağlı Ermənistan parlamentinin iclası keçiriləcək

Tarix: 02 Apr 2024 12:08

Ermənistan Parlamentinin növbədənkənar iclası çağırılıb.

APA-nın news.am-a istinadən xəbərinə görə, bu təşəbbüslə müxalifətdə olan “Ermənistan” bloku və “Şərəfim var” fraksiyasından olan deputatlar çıxış edib.

Aprelin ilk ongünlüyündən sonra keçiriləcək iclasda baş nazirin müavini Mqer Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinin gedişatı ilə bağlı hesabatları dinləniləcək.

Fərid Azəri

Xəbər Lenti