Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

Tarix: 20 May 2026 16:24

26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi MÜDTA şagird yerdəyişmə

Mənbə: apa.az

Xəbər Lenti