Cümə axşamı, 21 May, 2026
Tarix: 20 May 2026 18:20
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sankt-Peterburq şəhərinin “Pulkovo 3” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami Mamişev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Firuzə Vahid Milli Məclisin sədri Sahibə Qafarova MDBMənbə: apa.az