ADY və ADA Universitetinin “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb - FOTO

ADY və ADA Universitetinin “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb - FOTO

Tarix: 21 May 2026 19:03

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və ADA Universitetinin İxtisasartırma Proqramının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Liderlərin İnkişafı Proqramı” uğurla başa çatıb.

Bu barədə "APA-Economics"ə ADY-dən məlumat verilib.

Məlumata görə, bu münasibətlə 20 may 2026-cı il tarixində ADY və ADA Universitetinin rəhbərliyinin iştirakı ilə universitetdə məzun günü keçirilib və iştirakçılara sertifikatlar təqdim edilib.

Tədbirdə çıxış edən ADY sədrinin müşaviri Emil Məmmədov, qurumun İnsan resursları departamentinin müdiri Ceyhun Nağıyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Elkin Nurməmmədov və prorektorun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva inkişaf proqramlarının idarəetmə keyfiyyətinin yüksəldilməsi, rəhbər şəxslərin peşəkar və liderlik bacarıqlarının gücləndirilməsi və qurumun rəqabət qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

15 oktyabr 2025-ci il tarixindən 10 aprel 2026-cı il tarixinə qədər davam edən “Liderlərin İnkişafı Proqramı”nda ADY və tabeli qurumlarını təmsil edən 160-dan çox rəhbər əməkdaş iştirak edib. Proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən idarəetmənin əsasları, emosional zəka, dəyişikliklərin idarə olunması, sahiblik və məsuliyyət, effektiv kommunikasiya kimi əsas kompetensiyalar üzrə təlimlər keçirilib. Həmçinin, real iş mühitində baş verən situasiyaların təhlili aparılıb.

Qeyd edək ki, ADY insan kapitalının inkişafını strateji prioritet hesab edərək əməkdaşların liderlik potensialını gücləndirmək, müasir idarəetmə yanaşmalarını təşviq etmək istiqamətində tədbirləri davam etdirir. Bu təşəbbüs ölkənin nəqliyyat sektorunda peşəkar idarəetmə mədəniyyətinin inkişafına və dayanıqlı institusional potensialın formalaşmasına mühüm töhfə verir.

İlahə Səlimova “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ADA Universiteti “Liderlərin İnkişafı Proqramı”
ADY və ADA Universitetinin “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb - FOTO
ADY və ADA Universitetinin “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb - FOTO
ADY və ADA Universitetinin “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb - FOTO
ADY və ADA Universitetinin “Liderlərin İnkişafı Proqramı” uğurla yekunlaşıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti