Qazaxıstan MN Tatarıstana hücum edən dronlarla bağlı iddialara münasibət bildirib

Tarix: 02 Apr 2024 20:00

Qazaxıstan Müdafiə Nazirliyi Tatarıstanda obyektlərə hücum edən dronların guya Qazaxıstandan buraxıldığı barədə iddialara münasibət bildirib.

APA Tengrinews.kz-a istinadən xəbər verir ki, Qazaxıstan MN yayılan iddiaları təkzib edib.

Qeyd edək ki, daha əvvəl dronların Qazaxıstandan buraxıldığına dair iddialar yayılıb. Xatırladaq ki, Tatarıstanın Yelabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Hücumu nəticəsində 10-dan çox şəxs yaralanıb. Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb. Müəssisəyə ciddi ziyan dəyib.

Xəbər Lenti