Yotova: Bugünkü qeyri-müəyyənlik və münaqişələr dövründə Azərbaycanın enerji investisiyaları Bolqarıstan üçün vacib və etibarlıdır

Yotova: Bugünkü qeyri-müəyyənlik və münaqişələr dövründə Azərbaycanın enerji investisiyaları Bolqarıstan üçün vacib və etibarlıdır

Tarix: 22 May 2026 10:40

“Bolqarıstan üçün Azərbaycanın enerji investisiyaları bugünkü qeyri-müəyyənlik və münaqişələr dövründə vacib və etibarlıdır”.

Bu sözləri APA-ya eksklüziv müsahibəsində Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova deyib.

Prezident SOCAR-ın Panagyurishte bələdiyyəsinin qazlaşdırılması layihəsində iştirakını da xüsusi vurğulayıb.

“Qazötürmə şəbəkəsinə çıxışı olmayan sosial obyektlərin qazla təmin olunması üzrə hibrid qazlaşdırma layihəsində SOCAR ilə Bolqarıstanın “M-Gas” şirkəti arasında əməkdaşlığa ümid edirik”, - deyə Bolqarıstan Prezidenti vurğulayıb.

Firuzə Vahid Bolqarıstan Prezidenti İliyana Yotova SOCAR enerji

Mənbə: apa.az

Xəbər Lenti