, 25 Yanvar, 2026
Tarix: 03 Apr 2024 00:09
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevi silahla təmin etmək üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.
APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Stoltenberq Ukrayna üçün 5 il ərzində 100 milyard dollar dəyərində müttəfiq töhfə fondu yaratmağı təklif edir”, - məlumatda deyilir.
Baş katibin hesablamalarına görə, bu təklif alyans üzvlərinin yayda Vaşinqtonda toplaşacaqları zaman imzalayacaqları sənədlər paketinə daxil ediləcək.