Cümə, 22 May, 2026
Tarix: 22 May 2026 16:06
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.
Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.
Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.
Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası daha da güclənəcək.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı TDT Kubanıçbek ÖmüralıyevMənbə: apa.az