Azərbaycanın qızıl ixracından gəlirləri 2 dəfədən çox azalıb

Tarix: 03.04.2024 10:19

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 6,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 2,25 dəfə azdır.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin müvafiq dövründə Azərbaycanın qızıl ixracının ümumi dəyəri 15,3 mln. dollar təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 162,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 12,1% azdır.