Azərbaycan Prezidenti: WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü

Azərbaycan Prezidenti: WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü

Tarix: 23 May 2026 12:12

“Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq toplantı olan daha bir mühüm qlobal tədbirə — WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı edilən paylaşımda bildirilib.

Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.

Təxminən 60 min iştirakçı ilə rekord sayda iştirakçını bir araya gətirən WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü”, - paylaşımda qeyd olunub.

Firuzə Vahid COP29 WUF13

Mənbə: apa.az

Xəbər Lenti