Prezident: Azərbaycanın post-münaqişə yenidənqurma modeli nümunə kimi qiymətləndirilir

Prezident: Azərbaycanın post-münaqişə yenidənqurma modeli nümunə kimi qiymətləndirilir

Tarix: 23 May 2026 12:09

Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı edilən paylaşımda bildirilib.

“Urbisid, kultursid və ekosidə məruz qalmış ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq”, - paylaşımda qeyd olunub.

Firuzə Vahid urbisid kultursid ekosid

Mənbə: apa.az

Xəbər Lenti