Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub

Tarix: 03.04.2024 20:27

Moskvada Rusiya ilə İran İslam Respublikası arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksandr Fomin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib.

Xəbər Lenti