Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 09:18
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 108-ci ildönümü ərəfəsində ilk respublikanın banilərindən olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət olunub.
APA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik və hərbi attaşe aparatının əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, “SOCAR Energy Georgia” şirkətinin nümayəndələri, Əməkdar artist, xanəndə Təyyar Bayramov Tbilisidəki Milli Nəbatat Bağında azərbaycanlıların panteonunda görkəmli dövlət xadimlərinin xatirəsini rəğbətlə anaraq məzarları üstünə gül dəstələri düzüblər.
Panteonda dəfn olunan Azərbaycan ədəbiyyatının qüdrətli simaları Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və onun ailə üzvlərinin məzarları önünə də güllər qoyulub.
28 May – Müstəqillik Günü münasibətilə həmçinin Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Cəmilə Babayeva Tbilisi 28 May











Mənbə: apa.az