Şənbə, 24 Yanvar, 2026
Tarix: 03 Apr 2024 22:10
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyada gözlənilən səfərbərliklə bağlı açıqlamalarını təkzib edib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu, doğru deyil", - deyə Peskov bildirib.
Ukrayna mediasında yayılan xəbərlərə görə, Zelenski çərşənbə günü Rusiyanın 1 iyuna qədər əlavə 300 min əsgəri səfərbər etməyə hazırlaşdığını bildirib.