Bakıda Azərbaycan-Afrika əlaqələri müzakirə edilib - FOTO

Tarix: 25 May 2026 11:36

Bakıda “Afrika Günü” konfransı çərçivəsində “Azərbaycan-Afrika əlaqələri: Hazırkı dinamika və strateji potensial” adlı panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, paneldə Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlığın genişlənməsi, xüsusilə dövlət xidmətləri, təhsil və kənd təsərrüfatı sahələrində tərəfdaşlığın inkişafı Bakıda keçirilən tədbirdə diqqət mərkəzində olub.

Afrika ölkələrinin Azərbaycandakı və Azərbaycanın Afrika ölkələrindəki səfirlərinin iştirakı ilə baş tutan müzakirələr zamanı iqlim dəyişikliyi və kənd təsərrüfatında texnologiya və innovasiyaların əhəmiyyəti vurğulanıb. Çıxış edənlər Azərbaycanla Afrika ölkələri arasında bu sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Son illər təhsil sahəsində Azərbaycan və Afrika arasında əməkdaşlığın gücləndiyi vurğulanıb və çoxsaylı afrikalı tələbələrin Azərbaycanda tibb, İKT və digər ixtisaslar üzrə təhsil aldığı qeyd olunub. Xüsusilə, Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada tətbiqinin uğurlu nəticələr verdiyini vurğulayıb.

Qeyd olunub ki, dövlət xidmətlərinin vahid mərkəzdən yerinə yetirilməsi Afrikada idarəetmə problemlərinin həllinə töhfə verir. Bundan əlavə, Azərbaycanın Afrikadakı diplomatik fəallığının artdığı, gələcəkdə Bakıda daha çox Afrika ölkəsinin səfirliyinin fəaliyyət göstərə biləcəyi bildirilib.

Çıxışlarda həmçinin Afrika İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli müntəzəm görüşlərin keçirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi təşəbbüsləri də səsləndirilib.

Toğrul Quluzadə Afrika ölkələri Azərbaycan-Afrika əlaqələri

Mənbə: apa.az

Xəbər Lenti