Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Tarix: 25 May 2026 11:08

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Prezident İlham Əliyev İordaniya Kral II Abdullah təbrik məktub

Mənbə: apa.az

Xəbər Lenti