Yerli heyvan cinsləri və bitki növləri üzrə genetik material bankları yaradılacaq

Yerli heyvan cinsləri və bitki növləri üzrə genetik material bankları yaradılacaq

Tarix: 25 May 2026 17:36

Azərbaycanda yerli heyvan cinsləri və bitki növlərinin genetik ehtiyatları üzrə təkmil genetik materiallar bankları (kolleksiyalar) yaradılacaq.

"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə əsasən, 2026-2030-cu illərdə ölkədə koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə işçi qrup yaradılması, mövcud vəziyyətin qiymətləndirilməsi nəzərdə tutulub.

Eyni zamanda, genetik ehtiyatların toplanılması, saxlanılması, qorunması və uçotuna dair tədbirlərin həyata keçirilməsi, ölkədə mövcud olan, xüsusilə də itmək təhlükəsi olan aborigen heyvan cinsləri və bitki növləri üzrə genetik materialların bankları və bununla bağlı məlumat bazalarının yaradılması hədəf olaraq müəyyən edilib.

Əşrəf Mehdiyev heyvan bitki bank

Mənbə: apa.az

Xəbər Lenti