Kuril adalarında 4,6 bal gücündə zəlzələ olub

Tarix: 04 Apr 2024 05:55

Seysmoloqlar Sakit okeanda Kuril adaları yaxınlığında (Saxalin vilayəti) 4,6 bal gücündə zəlzələ qeydə alıblar.

APA xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən TASS-a verilən məlumata görə, yerli sakinlər yeraltı təkanları hiss ediblər.

Zəlzələnin episentri Qornoye kəndindən 94 km cənub-şərqdə, 29 km dərinlikdə yerləşib.

Xəbər Lenti