Cümə, 5 İyun, 2026
Tarix: 26 May 2026 09:29
Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Baki-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarında fəaliyyət göstərən əməkdaşları üçün gömrük prosedurlarına dair təlim keçirilib.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, təlim sərhədkeçmə zamanı tətbiq edilən gömrük prosedurları ilə bağlı biliklərin və praktik bacarıqların artırılması məqsədilə təşkil olunub.
Təlim zamanı iştirakçılara gömrük nəzarətinin məqsədi, mərhələləri və istiqamətləri, gömrük nəzarəti zamanı bələdçilərin davranış qaydaları, baqaj nəzarəti, qadağa və məhdudiyyətlər, risk indikatorları, “smart customs” mobil tətbiqi və digər məsələlərlə bağlı xüsusi təqdimat əsasında məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İlahə Səlimova ADY “Azərbaycan Dəmir Yolları” QSC Baki-Tbilisi-Bakı əməkdaşlar təlim gömrük prosedurları
Mənbə: apa.az