Kəsimxanalarda iribuynuzlu heyvan kəsiminə subsidiya və vergi güzəştləri tətbiq ediləcək

Kəsimxanalarda iribuynuzlu heyvan kəsiminə subsidiya və vergi güzəştləri tətbiq ediləcək

Tarix: 26 May 2026 10:45

Azərbaycanda 2026-2030-cu illərdə ət məhsulları emalı sahələrinin inkişafı təşviq etdiriləcək.

"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə əsasən, kəsimxanalarda kəsilən iribuynuzlu heyvanlara müəyyən edilmiş şərtlər ilə subsidiyanın, müddətli vergi güzəştlərinin, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi nəzərdə tutulur.

Eyni zamanda ət və ət məhsulları istehsalının həcminin davamlı artırılması hədəflənir.

Əşrəf Mehdiyev subsidiya heyvan ət kəsimi vergi

Mənbə: apa.az

Xəbər Lenti