Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək

Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək

Tarix: 26 May 2026 11:18

Şəhərin inkişafına dəyər qatan, müasir memarlıq üslubunda layihələri ilə tanınan “SR Construction” fəaliyyətini artıq “SR Development” adı altında davam etdirəcək.

Bu dəyişiklik sadəcə ad yenilənməsi deyil, “SR Construction”ın illərdir formalaşdırdığı fəaliyyət modelinin daha doğru ifadəsidir. “SR Development” olaraq biz layihələrə yalnız tikinti prizmasından yanaşmırıq. İdeyanın formalaşmasından layihələndirməyə, tikintidən satışa, komendatura və idarəetməyə qədər bütün prosesləri vahid sistem daxilində idarə edirik. Məhz bu yanaşma “SR Construction”ı klassik tikinti şirkətindən daha çox developer şirkəti kimi xarakterizə edir. Şirkət eyni zamanda “Roseville Premium Residence” layihəsində investor və sifarişçi qismində çıxış edib.

“SR Development” fəaliyyət göstərdiyi müddət ərzində yaşayış və qeyri-yaşayış layihələri ilə müasir və funksional məkanlar formalaşdırmağı əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu yanaşmanın ən güclü nümunələrindən biri Mərkəzi Parkın yanında yerləşən və premium yaşayış konsepti ilə seçilən “Central Towers” layihəsidir. Bununla yanaşı “Ahmədli Park” və “Teras Park” layihələri də “SR Development”in keyfiyyət, memarlıq yanaşması və uzunmüddətli etibar prinsipinin real göstəriciləridir.

“SR Development” üçün layihə yalnız bina inşa etmək deyil. Məqsəd funksional, estetik və uzunömürlü yaşayış mühiti formalaşdırmaq, şəhər mühitinə yeni dəyər və həyat tərzi qazandıran layihələr təqdim etməkdir.

Yeni ad altında “SR Development” eyni dəyərlər, eyni məsuliyyət və daha geniş developer baxışı ilə fəaliyyətini davam etdirəcək.

APA-Economics “SR Development” şirkət

Mənbə: apa.az

Xəbər Lenti