İranda "Mossad"la əməkdaşlıqda ittiham olunan şəxs edam edilib

İranda "Mossad"la əməkdaşlıqda ittiham olunan şəxs edam edilib

Tarix: 26 May 2026 12:32

İranda İsrailin xarici kəşfiyyat xidməti (Mossad) ilə əməkdaşlıqda ittiham olunan bir nəfər edam edilib.

“Tasnim”in xəbərinə görə, Ğolamreza Xani Şəkərab İsrailin lehinə kəşfiyyat və casusluq fəaliyyəti apardığına görə barəsində İran Ali Məhkəməsi ölüm hökmü çıxarıb və qərar icra olunub.

Qeyd edək ki, bundan əvvəl də İranda bir sıra şəxslər İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq edam ediliblər.

Toğrul Quluzadə İran edam Mossad kəşfiyyat və casusluq

Mənbə: apa.az

Xəbər Lenti