Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 12:09
Region ölkələri daha ABŞ bazalarına qalxan olmayacaq.
APA xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Həcc ziyarəti ilə bağlı ictimaiyyətə yazılı mesajında bildirib.
İranın Ali Rəhbəri Tehran və Vaşinqton üç aydır davam edən müharibəyə son qoymaq üçün danışıqlar apardığı bir vaxtda Körfəz ölkələrinin artıq ABŞ bazaları üçün sipər olmayacağını qeyd edib.
“Region xalqları və əraziləri artıq Amerika bazaları üçün sipər rolunu oynamayacaq”, - Xamenei vurğulayıb.
Qeyd edək ki, Müctəba Xamenei Ali Rəhbər olduqdan bəri ictimaiyyət qarşısına çıxmayıb, yalnız yazılı açıqlamalar verib.
Xatırladaq ki, müharibə zamanı İran Yaxın Şərqdə ABŞ hərbi bazalarına hücum edib.
Toğrul Quluzadə Müctəba Xamenei İranın Ali Rəhbəri ABŞ hərbi bazalarıMənbə: apa.az