"Bank of Baku"dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya - FOTO

Tarix: 26 May 2026 15:36

Bank of Baku texnologiya və innovasiyaya əsaslanan inkişaf yanaşmasını korporativ sosial məsuliyyət layihələrində də əks etdirir.

"APA-Economics" xəbər verir ki, bu istiqamətdə Bank of Baku tərəfindən 25 may tarixində şəhid və qazi övladları üçün “RoboKəşf” adlı interaktiv təlim və ekskursiya təşkil edilib.

Sosial Xidmətlər Agentliyi və “RoboSpace” təlim mərkəzinin dəstəyi ilə STEAM İnnovasiyalar Mərkəzində baş tutan tədbirdə 9-14 yaş arası 20-dən çox uşaq iştirak edib.

Layihənin əsas məqsədi uşaqların intellektual inkişafına dəstək olmaq, onlarda müasir texnologiyalara, robototexnikaya və proqramlaşdırmaya maraq oyatmaq, həmçinin asudə vaxtlarını səmərəli və əyləncəli keçirmələrini təmin etmək olub.

Tədbirdə ilk olaraq uşaqlara müasir texnologiyalar, robototexnika barədə ilkin məlumatlar verilib. Daha sonra iştirakçılar komandalar şəklində sadə robot modellərinin hazırlanması üzərində çalışaraq öz robotlarını qurublar və təqdimatlar hazırlayıblar.

Təlimdən sonra iştirakçıların STEAM İnnovasiyalar Mərkəzinə ekskursiyası təşkil edilib. Uşaqlar mərkəzdə müxtəlif innovativ və texnoloji eksponatların olduğu otaqları gəzərək burada elm, texnologiya və mühəndislik sahələrinə dair maraqlı məlumatlar əldə ediblər, eləcə də bir çox eksponatı əyani şəkildə sınaqdan keçiriblər.

Tədbirin sonunda “RoboKəşf” tədbirinin bütün iştirakçılarına Bank of Baku tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bank bu cür təşəbbüslərlə texnologiya sahəsində gələcəyin mütəxəssislərinin yetişməsinə öz dəstəyini ifadə edir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

-www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Emil İsmayılov Bank of Baku RoboSpace STEAM

Mənbə: apa.az

Xəbər Lenti