Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 17:35
Azərbaycanda 2027-2030-cu illər ərzində yerli kredit reytinqi mexanizminin yaradılması nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Plan üzrə ilkin mərhələdə yerli kredit reytinqi mexanizminin tətbiqi ilə bağlı strateji yanaşma müəyyən ediləcək. Sonrakı mərhələdə hüquqi çərçivə formalaşdırılacaq, yekunda isə mexanizmin kredit təşkilatlarının tənzimlənməsi üzrə normativ xarakterli aktlara inteqrasiyası təmin olunması planlaşdırılır.
İlahə Səlimova kredit reytinqiMənbə: apa.az