Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 17:16
Gənc yazıçı Əli Zərbəlinin hekayəsi ABŞ-ın nüfuzlu ədəbi dərgisi olan “SmokeLong Quarterly" jurnalının hər il keçirdiyi hekayə müsabiqəsində uzun siyahıya düşüb.
APA xəbər verir ki, nəsr əsəri müsabiqəyə təqdim edilmiş 1200 hekayə arasında 53 hekayədən ibarət uzun siyahıda yer alıb.
Qeyd edək ki, “SmokeLong Quarterly” ABŞ-ın flaş-fiksiya (çox qısa hekayə) janrına həsr olunmuş ədəbi jurnalıdır. Jurnal 2003-cü ildə Deyv Klepper tərəfindən təsis edilib. Hazırda jurnal ABŞ-ın Nolensville şəhərində fəaliyyət göstərir və baş redaktoru Kristofer Allendir. Beynəlxalq Yazıçılar Birliyi jurnalı flaş-fiksiya əsərlərini təqdim etmək üçün ən yaxşı məkanlardan biri adlandırıb.
Əli Zərbəli hekayə müsabiqə
Mənbə: apa.az