Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 04 Nov 2026 01:16
Oman sahilləri yaxınlığında daha bir tankerə hücum edilib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə Omanın Lima yaşayış məntəqəsindən 14 dəniz mili şimal-şərqdə baş verib.
Tankerin təhlükəsizlik xidmətinin nümayəndəsinin sözlərinə görə, gəminin mühərrik bölməsinə naməlum mənşəli iki mərmi düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Oman tankerMənbə: apa.az