Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 03 Nov 2026 22:09
Gəncədə qətl hadisəsi olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin H. Z. Tağıyev küçəsində qeydə alınıb.
Belə ki, sözügedən küçədə yaşayan 1938-ci il təvəllüdlü G. Əliyeva aldığı ağır xəsarətlərdən ölüb.
İlkin araşdırma zamanı yaşlı qadını bacısı oğlunun döyərək öldürdüyü məlum olub.
Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır .
Fuad Nazimoğlu Gəncə qətlMənbə: apa.az