Rusiya Ukraynada Xmel­nitski AES üçün mühüm yarımstansiyaya hücum edib

Rusiya Ukraynada Xmel­nitski AES üçün mühüm yarımstansiyaya hücum edib

Tarix: 03 Nov 2026 23:36

Rusiya ordusu Ukraynanın Xmel­nitski Atom Elektrik Stansiyasının (AES) sabit fəaliyyətini təmin edən kritik əhəmiyyətli yarımstansiyaya üç dronla hücum edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.

O bildirib ki, belə hücumlar təkcə Ukrayna deyil, bütün Avropanın nüvə təhlükəsizliyi üçün təhdid yaradır.

Nazirin sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı genişmiqyaslı hücum zamanı 289 dron, 17 ballistik və 59 qanadlı raketdən istifadə edib. Hücumların əsas hədəfi enerji obyektləri olub.

Şmıqal hadisə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatlandırıldığını bildirib və beynəlxalq tərəfdaşları Rusiyanın bu addımlarına reaksiya verməyə çağırıb.

Ukrayna Rusiya

Mənbə: apa.az

Xəbər Lenti