KİV: Demokratlar Kentukki və İndiana ştatlarında Nümayəndələr Palatasına seçkilərdə öndədir

KİV: Demokratlar Kentukki və İndiana ştatlarında Nümayəndələr Palatasına seçkilərdə öndədir

Tarix: 04 Nov 2026 04:34

ABŞ-ın Kentukki və İndiana ştatlarında Konqresin Nümayəndələr Palatasına keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədləri liderlik edir.

Bu barədə CNN ilkin səsvermə nəticələrinə istinadən məlumat yayıb.

“Associated Press” agentliyinin hesablamalarına görə, demokratlar artıq Nümayəndələr Palatasında 4, respublikaçılar isə 2 yer qazanıblar.

Aşağı palatada çoxluğu əldə etmək üçün partiyalardan biri ən azı 218 mandat qazanmalıdır. Hazırda palataya respublikaçılar nəzarət edir.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.

Konqres ABŞ

Mənbə: apa.az

Xəbər Lenti