Buraxılış imtahanında 4 nəfər maksimum nəticə göstərib

Buraxılış imtahanında 4 nəfər maksimum nəticə göstərib

Tarix: 26 May 2026 17:05

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahan iştirakçıları arasında 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, Mirzəzadə Ayişə Mirzəxan qızı (Bakı türk liseyi), Emin Abdullah Elman oğlu (Sumqayıt şəhərində yerləşən Təbiət elmləri təmayüllü gimnaziya), Cəfərli Əli Nazim oğlu ("Naxçıvan şəhərində yerləşən M.C.Cəfərov adına 14 saylı tam orta məktəb) və Abdullayeva Gülay Ruslan qızı (Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Q.Xalıqov adına 1 saylı tam orta məktəb) sözügedən imtahanda maksimum 300 balı toplayıblar.

Dövlət İmtahan Mərkəzi DİM buraxılış imtahan

Mənbə: apa.az

Xəbər Lenti