Ərdoğan Pezeşkianla İran-ABŞ danışıqlar prosesini müzakirə edib

Ərdoğan Pezeşkianla İran-ABŞ danışıqlar prosesini müzakirə edib

Tarix: 26 May 2026 18:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal hadisələr müzakirə olunub.

Türkiyə Prezidenti Pezeşkianla telefon danışığı zamanı bildirib ki, Ankara bölgədə sülh və sabitliyin təmin olunması üçün qardaş ölkələrlə əməkdaşlığı davam etdirir və ABŞ-la danışıqlar prosesinin müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə hazırdır.

Ərdoğan İran Prezidentini qarşıdan gələn Qurban bayramı münasibətilə də təbrik edib.

Dəryanur Cəfərova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian

Mənbə: apa.az

Xəbər Lenti