Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 18:07
2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır.
APA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilib.
“Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”, - təbrikdə deyilir.
Trampın təbrik məktubunda strateji tərəfdaşlığı gələcək illərdə və onilliklərdə daha da möhkəmləndirməyi səbirsizliklə gözlədikləri vurğulanıb.
Mənbə: apa.az