Azərbaycanda maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq

Azərbaycanda maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq

Tarix: 26 May 2026 18:00

2027-2030-cu illər ərzində Azərbaycanda paylanılmış “Öz müştərini tanı” sisteminə qoşulan maliyyə institutlarının payının 30%-ə çatdırılması nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, 2025-ci ildə bu göstərici 0% təşkil edib.

İlkin mərhələdə ən azı 5 maliyyə institutunun əhatə olunması ilə maliyyə təşkilatlarının Paylanılmış elektron “Öz müştərini tanı” sisteminə sorğu əsasında mərhələli şəkildə qoşulması planlaşdırılır.

Bununla yanaşı, açıq bankçılıq modelini tətbiq edən bank olmayan ödəniş xidməti təchizatçılarının payının da 10%-ə çatdırılması planlaşdırılır. 2025-ci ildə göstərici 0% səviyyəsində olub.

İlahə Səlimova “Öz müştərini tanı” maliyyə institutları açıq bankçılıq modeli

Mənbə: apa.az

Xəbər Lenti