Azərbaycanda kreditə çıxışı olan MKOB-ların payı artırılacaq

Azərbaycanda kreditə çıxışı olan MKOB-ların payı artırılacaq

Tarix: 26 May 2026 17:51

Azərbaycanda 2030-cu ilə maliyyə institutundan ən azı bir cari krediti və ya kredit xətti olan mikro, kiçik və orta biznes subyektlərinin - MKOB-ların bütün MKOB-ların sayına nisbətinin 36 faizə çatdırılması nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, 2025-ci ildə bu göstərici 25% olub.

Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin həcminin “Aqrarkredit” QSC və kredit ittifaqları istisna olmaqla 1,5 milyard manata çatdırılması planlaşdırılır. 2025-ci ildə bu göstərici 1 milyard manat təşkil edib.

İlahə Səlimova Azərbaycan MKOB mikro kiçik və orta biznes subyektləri bank olmayan kredit təşkilatlarının (BOKT)

Mənbə: apa.az

Xəbər Lenti