Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb

Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb

Tarix: 26 May 2026 19:07

​Mayın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə APA-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

​Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar. ​Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.

Firuzə Vahid Əli Əsədov Mixail Mişustin telefon danışığı

Mənbə: apa.az

Xəbər Lenti