Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 19:00
Rusiyanın Kiyevə sistemli zərbələr endirəcəyi ilə bağlı hədələrinə baxmayaraq, Almaniyanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirəcək.
Bu barədə Almaniya səfirliyindən “İnterfaks-Ukrayna” agentliyinə bildirilib.
Diplomatik nümayəndəlikdən qeyd olunub ki, səfirlik Kiyevdə fəaliyyətini adi rejimdə davam etdirir və personalın təxliyəsi planlaşdırılmır.
“Bizim səfirliyimiz təhlükəsizlik konsepsiyamıza uyğun olaraq adi rejimdə çalışmağa davam edir. Biz personalı çıxarmırıq və heyətin tərkibində başqa dəyişikliklər etmirik. Almaniya səfirliyi burada, Kiyevdə – Ukraynanın yanındadır”, – səfirlikdən bildirilib.
İlqar Xudiyev Almaniya səfirliyi Ukrayana Rusiya Kiyev
Mənbə: apa.az