Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 18:51
2027-2029-cu illər ərzində Azərbaycanda bank–sığorta tərəfdaşlığı modelinin inkişaf etdirilməsi nəzərdə tutulur.
“APA-Economics” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bu istiqamət üzrə yekun nəticədə bank–sığorta kanalı vasitəsilə bağlanılan sığorta müqavilələrinin ümumi sayının illik 10 faiz artırılması gözlənilir.
bank sığorta Dövlət ProqramıMənbə: apa.az