Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir

Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir

Tarix: 26 May 2026 20:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir.

APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 28 May – Müstəqillik Gününə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, hazırda xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya, Rusiyanın müdafiə naziri Andrey Belousovun isə Bakıya səfərinə hazırlıq işləri aparılır.

Rəhman Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda iki ölkənin parlamentlərarası əməkdaşlıq şurasının iclasının keçirilməsi də planlaşdırılır.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti