Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

Tarix: 26 May 2026 22:18

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, qardaş Azərbaycan xalqına və hökumətinizə daha böyük tərəqqi, firavanlıq arzulayıram.

Dəyər verdiyimiz ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsi və möhkəmlənməsi ilə bağlı səmimi istəyimi bir daha ifadə edir, Fələstin məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiyimi bildirirəm.

Sizi və xalqınızı, həmçinin müqəddəs Qurban bayramı münasibətilə təbrik edir və ən xoş salamlarımı qəbul etməyinizi xahiş edirəm".

Mənbə: apa.az

Xəbər Lenti