İsrail HAMAS-ın hərbi qanadının yeni rəhbərinə zərbə endirib

İsrail HAMAS-ın hərbi qanadının yeni rəhbərinə zərbə endirib

Tarix: 27 May 2026 00:22

İsrail ordusu Qəzza şəhərində HAMAS-ın hərbi qanadının yeni rəhbəri Məhəmməd Odaya zərbə endirib.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.

Onun sözlərinə görə, Oda təxminən bir həftə əvvəl HAMAS-ın hərbi qanadının rəhbəri təyin olunub.

Baş nazir bildirib ki, o, 7 oktyabr hücumlarının təşkilatçılarından biri olub və çoxsaylı israillinin öldürülməsi, yaralanması və girov götürülməsinə görə məsuliyyət daşıyır.

İsrail Baş nazirinin ofisinin məlumatına əsasən, Oda əvvəllər HAMAS-ın kəşfiyyat rəhbəri vəzifəsində çalışıb.

İsrail HAMAS Qəzza

Mənbə: apa.az

Xəbər Lenti