Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 01:57
Ukraynaya sursat tədarük edən ölkələrin koalisiyası iki dəfə azalıb.
Bunu Çexiya Prezidenti Petr Pavel “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, təşəbbüs fəaliyyətini davam etdirsə də, hazırda maliyyə töhfəsi verən ölkələrin sayı təxminən doqquzdur. Halbuki ötən il bu proqramı 18 ölkə maliyyələşdirirdi.
Pavel qeyd edib ki, proqram çərçivəsində Ukraynaya bütün iriçaplı sursatların təxminən 50 faizi çatdırılır.
Çexiya prezidentinin ofisi təşəbbüsdən çıxan ölkələrin adlarını açıqlamayıb.
Mənbə: apa.az