Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 07:57
2026-cı ilin əvvəlindən ABŞ-da baş verən silahlı insidentlər nəticəsində 5 mindən çox insan həyatını itirib.
APA xəbər verir ki, bu barədə “Gun Violence Archive” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Təşkilatın hesablamalarına görə, mayın 26-na olan vəziyyətə əsasən, ölkədə 9 min 38 nəfər güllə yarası alıb, 5 min 48 nəfər isə bu yaralardan ölüb.
Məlumatda qeyd olunub ki, 2026-cı ildə ABŞ-da 158 kütləvi atışma hadisəsi qeydə alınıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 hadisə azdır.
ABŞ silahlıhücum atışma statistika
Mənbə: apa.az