Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 09:17
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,22% artaraq 4 545 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,89% artaraq 77.29 ABŞ dolları təşkil edib.
İlahə Səlimova qızıl gümüş əmtəə bazarlarıMənbə: apa.az