Katz İsrailin Qəzzadan "könüllü köç" planını həyata keçirəcəyini bildirib

Katz İsrailin Qəzzadan "könüllü köç" planını həyata keçirəcəyini bildirib

Tarix: 27 May 2026 11:44

Qəzzadan “könüllü köç” planı uyğun vaxtda və lazımi qaydada həyata keçiriləcək.

“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz HAMAS-ın hərbi qanadının başçısı Məhəmməd Odenin öldürülməsinə münasibət bildirərkən deyib.

O, 7 oktyabr hadisələrinin təşkilatçılarını “yeriyən ölülər” adlandırıb və hamısının aqibətinin eyni olacağını vurğulayıb.

“Qəzzadan könüllü köçürülmə planı da yerinə yetiriləcək. Hər şey düzgün vaxtda və lazımi şəkildə icra olunacaq”, - müdafiə naziri bildirib.

Qeyd edək ki, Məhəmməd Ode bir neçə gün əvvəl öldürülən İzzəddin əl-Həddadın yerinə təyin olunub.

Toğrul Quluzadə İsrail Katz Qəzzadan köçürülmə İsrailin müdafiə naziri

Mənbə: apa.az

Xəbər Lenti