Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 11:25
Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.
“Tengrinews” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Kimyəvi işlər aparan təyyarənin elektrik xətlərinə toxunduğu bildirilir.
Təyyarədə iki ekipaj üzvü olub.
Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.
Qazaxıstan təyyarə qəzasıMənbə: apa.az