Səfirlik: ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk

Səfirlik: ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk

Tarix: 27 May 2026 11:02

Azərbaycan dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrə malikdir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Qurban bayramı münasibətilə təbrik mesajında deyilir.

“ABŞ-ın Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik. Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir.

ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!”, - səfirliyin təbrikində qeyd olunub.

Toğrul Quluzadə ABŞ səfirliyi Qurban bayramı təbrik mesajı dini tolerantlıq multikulturalizm
Səfirlik: ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk

Mənbə: apa.az

Xəbər Lenti