Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 12:06
İsrailin aviazərbələri nəticəsində Livanda daha 31 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
40 nəfərin xəsarət aldığı bildirilir.
Ölənlərin arasında qadın və uşaqların olduğu qeyd olunub.
“Hizbullah” isə Livandakı İsrail hərbi birləşmələrinə qarşı 32 hücum əməliyyatı həyata keçirdiyini açıqlayıb.
Livan İsrailin hücumları
Mənbə: apa.az