Rusiya Ermənistanı Aİ-yə üzvlük prosesi davam edəcəyi təqdirdə, yanacaq sazişlərini dayandırmaqla hədələyib

Rusiya Ermənistanı Aİ-yə üzvlük prosesi davam edəcəyi təqdirdə, yanacaq sazişlərini dayandırmaqla hədələyib

Tarix: 27 May 2026 14:31

Rusiya Ermənistana xəbərdarlıq edib.

APA-nın Moskva bürosunun xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, əgər Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi davam edərsə, Moskva qaz, neft və yanacaqla bağlı müqavilələri dayandıracaq.

Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlük prosesi davam edərsə, Rusiya qaz, neft məhsulları və işləniləmiş almaz tədarükü ilə bağlı müqavilələri dayandıracaq və ya ləğv edəcək.

Zaxarova Moskvanın mümkün tədbirlər barədə Ermənistanı rəsmi olaraq məlumatlandırdığını da qeyd edib.

Fərid Əkbərov Rusiya XİN Mariya Zaxarova Aİ

Mənbə: apa.az

Xəbər Lenti