Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 20:54
HAMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Əvdə və ailəsi İsrail ordusunun Qəzza zolağına hücumu zamanı öldürülüb.
APA xəbər verir ki, bu barədə HAMAS-ın verdiyi yazılı açıqlamada bildirilir.
"Böyük qürur və şərəflə Fələstin xalqına, ərəb və İslam dünyasına və dünyanın bütün azadlıqsevər insanlarına əl-Qəssam Briqadalarının böyük komandiri, qəhrəman Məhəmməd Əvdənin şəhid olduğunu elan edirik", - açıqlamada deyilir.
Məlumata görə, Əvdə, həyat yoldaşı və iki uşağı dünən gecə İsrail ordusunun Qəzza şəhərində bir yaşayış məntəqəsini bombardman etməsi nəticəsində həlak olub.
HAMAS İzzəddin əl-Qəssam İsrailMənbə: apa.az